22 Oktyabr 2024
Dünyadan

İbrahimoviçin yeni klubu müəyyənləşdi

PSJ-dən ayrılan Zlatan İbrahimoviç karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, isveçli forvard karyerasını “Mançester Yunayted”də davam etdirəcək. 

34 yaşlı futbolçunun “Mançester Yunayted”lə anlaşdığı və 1 illik müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, ötən mövsüm PSJ-də 51 oyun keçirən İbrahimoviç 50 dəfə rəqib qapıların yol tapıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43