19 İyun 2026
Kateqoriyasız

Rail Məlikovun yeni klubu məlum oldu

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son olaraq AZAL-da çıxış etmiş Rail Məlikovu heyətinə qatıb. Adıçəkilən futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rail Məlikov karyerası ərzində “Bakı”, “Neftçi”, “Dənizlispor” və “Qəbələ”nin formasını geyinib. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43