22 Oktyabr 2024
Dünyadan

Arda: “Anamı ağlatdılar”

“Sonuna qədər mübarizə apardıq. Qələbə qazandığımız üçün çox sevincliyik. İndi nəticələri gözləyəcəyik. İnşAllah dualarla ən yaxşı üçüncü olacağıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Arda deyib.

Çexiya üzərində qələbəni şərh edən kapitan daha sonra sözlərinə belə davam edib:

“Biz heç vaxt pula görə oynamadıq, danışmadıq. Deyək ki, biz heç, anamı ağlatmasaydılar yaxşı olardı. Bəzilərini bağışlamayacam. Hər kəsin cavabını tək-tək verəcəm”.

Qeyd edək ki, D qrupunda qərarlaşan Türkiyə millisinin futbolçuları, xüsusui ilə də Arda ilk iki oyunda məğlub olduqdan sonra sərt formada tənqid olunmuşdu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43