İngiltərə Premyer Liqasının son çempionu “Lester Siti” heyətini gücləndirməkdə davam edir.
İdmanxeber.com-un məlumatına görə, komandanın növbəti transferi Fransa çempionatından olub.
“Nitsa”da yarımmüdafiə mövqeyində oynamış 24 yaşlı Nampalis Mendi klubun sıralarına cəlb olunub. Onunla 4 illik müqavilə imzalanıb.