22 Oktyabr 2024
Ölkə futbolu

Bruno Akrapoviç: “Bakıdakı görüşdə yaxşı oynadıq”

“İlk oyundakı heç-heçəni yaxşı nəticə hesab edirəm. Bakıdakı görüşdə yaxşı oynadıq. Növbəti mərhələ üçün  imkanımız var və bunu dəyərləndirməliyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Şkendiya” klubunun baş məşqçisi Bruno Akrapoviç deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Şkendiya” sabah “Neftçi”ni qəbul edəcək.

 

Makedoniya təmsilçisinin baş məşqçisi matçdan öncə mətbuat konfransı keçirib: “Makedoniya futbolu adına yaxşı şans yaranıb və bundan yararlanmalıyıq. Xüsusilə, azarkeşlərdən dəstək gözləyirəm. İlk oyundakı nəticə bizim növbəti mərhələyə yüksəlmək şansımızı artırıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43