Əslən azərbaycanlı olan futbolçu Ramil Şeydayev “Trabzonspor”da ilk qolunu vurub.
İdmanxeber.com-un məlumatına görə, qol Türkiyə təmsilçisi Macarıstanda yoxlama oyunu çərçivəsində qeydə alınıb.
Avstriyanın aşağı liqa təmsilçisi “Gerasdorf”la qarşılaşan türkiyəlilər böyükhesablı qələbə qazanıblar. Belə ki, görüş “Trabzonspor”un 6:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Ramil meydana start heyətində çıxıb və oyunu əvəzlənmədən keçirib. sonadək mübarizə aparıb. Matçın sonlarında fərqlənən Şeydayev komandasının axırıncı qoluna imza atıb.