22 Oktyabr 2024
İdman

Milliyə namizəd futbolçu: “O, yaşı artdıqca istedadını itirməyən futbolçudur”

Azərbaycan millisinə namizəd olan Dəniz Yılmaz “Bursaspor”dakı karyerası barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə 28 yaşlı hücumçu özü Türkiyə mətbuatına məlumat verib.

 

Zədədən qayıdan Dəniz “Bursaspor”da tezliklə yaşıl meydanlara qayıdacağını söyləyib. “Bavariya”nın yetirməsi cari mövsümü yüksək səviyyədə keçirəcəyini proqnoz verib: “Ötən mövsümdən daha yaxşı çıxış edəcəyimə inanıram. Hər oyunda özümü yaxşı tərəfdən göstərmək və komandamın uğuru üçün əlimdən gələni etmək istəyirəm. Özümü yüz faiz hazır hiss etdiyim zaman komanda yoldaşlarımın da köməyi ilə qollarımı əvvəlkindən də çox sıralayacam”.

 

Yılmaz komanda yoldaşı Pablo Batajanı nümunəvi futbolçu hesab edir: “Mən texnikalı və çalışqan futbolçunu çox sevirəm. Bizdə belə oyunçu çoxdu. Bununla bağlı ən yaxşı nümunə Pablo Batajadı. O, yaşı artıqca istedadını itirməyən nadir oyunçulardandı”.

 

Qeyd edək ki, AFFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verməsi üçün FİFA-ya müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43