Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Anderlext” öz meydanında keçirəcəyi oyunların bilet satışına start verib.
İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, Belçika təmsilçisinin evində “Qəbələ”, “Sent-Etyen” və “Maynts”la keçirəcəyi matçların biletlərinin qiyməti açıqlanıb.
Klubun abunəçiləri üçün qiymət 30-90 avro arasında dəyişir. Abunədən keçməyən şəxslər isə 3 oyundan hansısa birinə baxmaq üçün 40 avrodan 105 avroya qədər pul xərcləməli olacaqlar.
Qrup mərhələsində “Anderlext”in “Qəbələ” ilə keçirəcəyi ilk görüşün bilet satışına sentyabrın 9-da start veriləcək.
Qeyd edək ki, “Anderlext” – “Qəbələ” matçı sentyabrın 15-də “Konstant Vanden Stok” stadionunda baş tutacaq.