22 Oktyabr 2024
İdman

Millimiz yoxlama görüşündə qüvvəsini sınayıb

Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən

 ibarət yığma komandayla qarşılaşan milli 8:1 hesabı ilə qələbə qazanıb. Tyaqo Teles Martins dubl edib,

 Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə bir dəfə fərqlənib.
Bu komandalar arasında növbəti oyun sentyabrın 3-də, saat 21.00-da, ABU Arenada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43