22 Oktyabr 2024
Ölkə futbolu

Dəniz Yılmazla bağlı FİFA qərar qəbul etdi

FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Deniz Yılmazla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib:

1. AFFA və futbolçu Deniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.

2. Futbolçu Deniz Yılmaza bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

FIFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.(affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43