06 İyul 2026
İdman

“Qarabağ”ı hesabı açmağına peşman etdilər

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 4-cü tura start verilib. 

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

“Qarabağ” doğma meydanda AZAL-la münasibətlərinə aydınlıq gətirib. “Təyyarəçilər” bu qarşılaşmadan qalib ayrılıblar.

Əvəzedicilərin çempionatı

4-cü tur

8 sentyabr

“Qarabağ” – AZAL – 1:3

Qollar: Şahin Əliyev, 64 – Mahsun Qənbərli, 70. Ruslan Nəsirli, 78; 83.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43