06 İyul 2026
İdman

Azərbaycanlı qapıçı Almaniya klubu ilə anlaşdı: Müqavilə bağlamaq üçün gedir (ÖZƏL)

Azərbaycanlı qapıçı Emil Balayev yenidən karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.com-a daxil olan özəl məlumata görə, hazırda “Qarabağ”ın düşərgəsində olan qapıçı Almaniya II Bundesliqa komandalarının birindən təklif alıb.  Formasını itirməmək üçün Ağdam klubunun heyətində məşq edən gənc qolkiper sabah Almaniyaya, yeni klubunun düşərgəsinə yollanacaq.

Qeyd edək ki, Balayevin son klubu 2014-16-cı illərdə Almaniyada “Ayntraxt” olsa da, Frankfurt təmsilçisində rəsmi debütü başa tutmayıb.

 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43