12 İyul 2026
İdman

“Qəbələ” “Anderlext”ə uduzdu

Avropa Liqasında qrup mərhələsinin oyunlarına start götürüb. 

İdmanxeber.com-un məlumatına görə, ardıcıl ikinci il qrup mərhələsinə yüksələn “Qəbələ” ilk görüşünü səfərdə keçirib. Roman Qriqorçukun komandası “Anderlext”in qonağı olub. 

Brüsseldə keçirilən görüşdə təmsilçimiz 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 29-u doğma meydanda “Maynts”a qarşı keçirəcək.

15 sentyabr

UEFA Avropa Liqası, qrup mərhələsi

I tur 

21:00. “Anderlext” (Belçika) – “Qəbələ” (Azərbaycan) – 3:1
Qollar: Teodorşuk, 14 (1:0), Dabo, 20 (1:1), Rafael Santos, 41-avtoqol (2:1), Diaqo Kapel, 78 (3:1)

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger

Əlavə hakim köməkçiləri: Markus Hameter, Aleksander Harkam (hamısı Avstriya)

Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)

UEFA nümayəndəsi:  Emil Ubias (Çexiya)

Brüssel. “Konstant Vanden Stok” stadionu




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43