– Təssüflər olsun ki, istədiyimiz nəticə olmadı. “Qarabağ” artıq birinci hissədə bir neçə qol vurmalı idi. Sonra oyun bir az dəyişdi. Bəxtimiz də gətirmədi. Düzdü, 1 xal da başlanğıc üçün yaxşıdı, ancaq qələbə daha yaxşı olardı.
– Onlara da uğurlar arzulayırıq. Səfərdə güclü rəqibə qarşı oynayırlar. Bu mərhələ artıq elə bir səviyyədir ki, burada zəif komanda yoxdur. Hər oyuna çox ciddi hazırlaşmaq lazımdı.
– Birinci hissədə üzülürdük, ancaq son saniyə qolunu vuranda təbii ki, sevindik. Rəşadı orada görəndə ümidlərimiz artdı ki, son dəqiqələrdə də olsa, qol vura bilər.
– Düşünürəm ki, ən pis hakimlik “İnter”lə oyunda idi. Təmiz qol qeydə alınmamışdı. O epizoddan sonra bugünkü qərarlar elə də çox təsir etmədi. Bilirsiz ki, beynəlxalq arenada hakimliyin müzakirəsi o qədər də populyar deyil.
– Təbii ki, narahatıq. Çexiya millisi güclü komandadı. Ümumiyyətlə, Çexiya həmişə yaxşı futbolçuların istehsalçısı olub. Baroş, Nedved, Koller, qapıçı Çex və digər oyunçuları olub. Yəni Çexiya futbol ölkəsidir.
– Sözün düzü, Orxan Hüseynzadə AFFA-da işləmirdi, ancaq o, futbol ailəsindən çıxmış adamdı. Mən özüm bu qurumda işləməmişdən Orxanı tanıyıram, bilirəm ki, çox aktiv idi. Bəzi klubları o yaratmışdı 2000-ci illərin əvvəllərində. Sonra biz onu dəvət elədik, 2008-ci ildə, 3-4 il bizimlə əməkdaşlıq etdi. Çox müsbət insandı. Peşəkardı. Daha sonra isə özəl sektora keçsə də, UEFA-nın nümayəndəsi kimi futbolda qaldı. İndi isə “Neftçi” özü onunla əlaqə saxlayıb. Ancaq Çingiz müəllim bizə də zəng vurub soruşdu ki, nə deyə bilərsiz. İslam Abbasov isə millidə hazırda da baş inzibatçı kimi çalışır. Onlara kömək lazım oldu, bizdən xahiş etdilər ki, onalara müvəqqəti kömək etsin, biz də razılıq verdik. Elnur Eyvazovu isə tanımıram.
– Onu mən deyə bilmərəm. İşin içində olmadan, nəsə demək çətindi.

