Avropa Liqasında qrup mərhələsinin oyunlarına start götürüb.
İdmanxeber.com-un məlumatına görə, ardıcıl ikinci il qrup mərhələsinə yüksələn “Qəbələ” ilk görüşünü səfərdə keçirib. Roman Qriqorçukun komandası “Anderlext”in qonağı olub.
Brüsseldə keçirilən görüşdə təmsilçimiz 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 29-u doğma meydanda “Maynts”a qarşı keçirəcək.
15 sentyabr
UEFA Avropa Liqası, qrup mərhələsi
I tur
21:00. “Anderlext” (Belçika) – “Qəbələ” (Azərbaycan) – 3:1
Qollar: Teodorşuk, 14 (1:0), Dabo, 20 (1:1), Rafael Santos, 41-avtoqol (2:1), Diaqo Kapel, 78 (3:1)
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger
Əlavə hakim köməkçiləri: Markus Hameter, Aleksander Harkam (hamısı Avstriya)
Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)
Brüssel. “Konstant Vanden Stok” stadionu

