Dünən Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında daha bir yoxlama oyunu keçirilib.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub.
Xatırladaq ki, bu komandalar arasında martın 29-da keçirilmiş ilk oyunda da millimiz 6:1 hesabıyla qalib gəlmişdi.