2007-ci ildən bu yana "Xəzər" TV kanalında efirə gedən "Futbol saatı" verlişi fəaliyyətini dayandırıb.
İdmanxeber.com-un məlumatına görə, verlişin aparıcısı Sənan Abdullayev də xəbəri təsdiqləyib. Həftənin bazar ertəsi günləri izləyicilərinin diqqətində olan verliş, digərlərindən fərqli olaraq tənqidləri ilə seçilirdi.
Proqramın bağlanmasına səbəb kimi isə telekanal rəhbərliyinin yeni mövsümdən etibarən verlişə ehtiyac duymaması göstərilir.

