Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 5-ci tura start verilib.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.
“Neftçi”nin əsas komandası kimi əvəzedicilər də “Zirə”yə uduzub.
“İnter” – “Sumqayıt” oyununda isə qalib müəyyənləşməyib. 1 gün əvvəl olduğu kimi tərəflər 1 xalı 1 qolla əldə ediblər.
Əvəzedicilərin çempionatı
5-ci tur
“Neftçi” – “Zirə” – 0:1
Qol: Sadio Tounkara, 49.
“İnter” – “Sumqayıt” – 1:1
Qollar: Əlibəy Məmmədli, 34-pen (1:0), Xəzər Mahmudov, 78 (1:1)

