Bakıda məskunlaşan və sadəcə Premyer Liqanın oyunlarından 1 gün əvvəl Gəncəyə təşrif buyuran “Kəpəz” komandası haqda yeni informasiya əldə etmişik.
İdmanxeber.com-un məlumatına görə, “sarı göylər”in yavaş-yavaş Nizami Yurdunda məskunlaşmağa doğru getdiyi bildirilir. Klubunun doğma şəhərində qalmasının tərəfdarı olan baş məşqçi Yunis Hüseynov bunun üçün artıq ilk addımı da atıb. Mənbənin bildirdiyi məlumata əsasən, qərb təmsilçisi oyundan 1 gün əvvəl Gəncəyə yollanırdısa,”Qəbələ” ilə keçiriləcək matçdan 3 gün öncə, yəni martın 6-sı artıq doğma şəhərində olacaq. Bu isə “Kəpəz”in Gəncədə 3 dəfə ardıcıl məşqə çıxması anlamına gəlir.