Qomis “cim-bom”dan ayrıldı.
“Qalatasaray” ötən mövsüm Türkiyə Super Liqasının bombardiri olan Bafetimbi Qomisi “Əl Hilal” klubuna satıb. İstanbul nəhəngi fransalı futbolçunun transferindən 6 milyon avro qazanıb.
Qeyd edək ki, Bafetimbi Qomis ötən mövsüm sarı-qırmızılı forma ilə 33 liqa oyununda 29 qol, 5 Türkiyə kuboku qarşılaşmasında isə 3 dəfə fərqlənərək, 32 qolla Türkiyə futbol tarixinin bir mövsümdə ən çox qol vuran legioneri olmuşdu.