26 Noyabr 2024
Ölkə futbolu

İslandiya səfiri İlham Əliyevlə görüşdə Halldorssondan danışıb

“Hannes Tur Halldorssonun “Qarabağ” klubuna keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq yaradıb”.

İdmanxeber.az-ın verdiyi məlumata görə, bunu İslandiya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berqlind Asqeyrsdottir etimadnaməsini qəbul edən Prezident İlham Əliyevlə söhbətində bildirib.

Xanım diplomat Halldorssonun dünya çempionatında məşhurlaşdığını da qeyd edib.

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə görüşdə Lionel Messinin vurduğu penaltini qaytaran 34 yaşlı qolkiper “Qarabağ”la ötən ay müqavilə bağlayıb.(Azərtac)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43