Kosovonun heyətində ciddi itki.
İdmanxeber.az-ın məlumatına görə, sentyabrın 7-si yığma komandamıza qarşı oynayacaq Kosovo millsinin heyətində ciddi itki var. Komandanın əsas oyunçusu olan Valon Berişa yığmamıza qarşı keçirilən oyunu buraxa bilər. İtaliyanın “Latsiyo” klubunda oynayan 25 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu və bir neçə müddət meydanlardan uzaq qalacağı bildirib.
Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək.