“Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”da pley-offda cavab matçında çıxıb. Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cavab qarşılaşmasın darmadağınla qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazanıb – 3-0.
30 avqust
Avropa Liqası
Pley-off mərhələsi
21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) 3:0
QOL: 10, Medvedev, 42, Gerye, 55, Ozobiç
İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)