01 İyul 2026
Dünya futbolu

Şotlandiya derbisinin qazananı “Seltik” oldu

Şotlandiya Liqasının IV turuna yekun vurulub.

Dünən Şotlandiya Liqasının IV turuna yekun vurulub. Turun son oyununda iki əzəli rəqib olan “Seltik”lə “Qlazqo” qarşı-qarşıya gəlib. “Seltik Park” stadionunda keçirilən ” Old Frim” derbisini qazanan ev sahibi komanda olub. Matçın 62-ci dəqiqəsində Olivier Nitçamın qolu oyunda həlledici olub. Bununla da “Seltik” komandası derbilərdəki məğlubolunmazlıq seriyasını 12-yə çıxardıb. 

Qeyd edək ki, Stiven Cerrardın başçılığındakı “Qlazqo” komandası 12 oyun sonra məğlubiyyətlə barışıb .

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43