01 İyul 2026
Ölkə futbolu

“Sənan Qurbanovun komandadan ayrılması gündəmimizdə yoxdur”

Sənan Qurbanov “Qəbələ”də qalacaq

Son iki turda məğlub olan “Qəbələ” komandasının baş məşqçisi Sənan Qurbanovun komandadan yollanacağı barədə söz-söhbətlər var. Dünən “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında S. Qurbanov çətin vaxtda qaçmayacağını bildirsə də, son sözün rəhbərlikdə olduğunu söylədi.

Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Klub rəsmisi Sənan Qurbanovun hazırda işinin başında olduğunu və gündəmlərində baş məşqçi dəyişikliyinin olmadığını qeyd etdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43