12 İyul 2026
Milli komanda

Millinin oyununda 6 qol

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Şüvəlan”la keçirilmiş qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Rüfət Abdullazadənin dubl etdiyi oyunda U-19-un digər qolunu Elvin Cəfərquliyev vurub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43