09 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın legionerləri qayıtdı

Topaz Premyer Liqanın 8-ci turunda “Səbail”lə qarşılaşacaq “Qarabağ” oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda ötən gün növbəti məşqinə çıxıb.

Hazırlıqda İslandiya millisinə dəvət alan qapıçısı Hannes Halldorsson, Bolqarıstan və Konqo yığmalarında yer alan futbolçular – Simeon Slavçev və Con Delarj da iştirak edib

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Səbail” oyunu saat 19:00-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43