UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
İdmanxeber.az-ın məlumatına görə, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin (“Keşlə”) əvəzinə millinin heyətinə “Qarabağ” klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.