Bu günü yarızarafat, yarıgerçək “futbol çərşənbəsi” adlandırmaq olar. İlin son həftəsinin ortasında azarkeşlər İngiltərə, İtaliya, Şotlandiya və Belçika çempionatlarının bir-birindən maraqlı oyunlardan zövq alacaq. Hələ bu ölkələrin aşağı liqalarında keçiriləcək görüşləri demirik. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru “Topaz” bu gün proqnoz həvəskarlarına 187 qarşılaşma təklif edir. Onlardan 59-na canlı, 24-nə isə həm canlı, həm də “təkli” mərc etmək olar.
İtaliya A seriyasında günün ən çox maraq doğuran görüşləri Berqamo və Milanda keçiriləcək. Çempionatın lideri “Yuventus” “Atalanta”nın qonağı olacaq. “Qoca sinyora” berqamolular üçün “qorxulu yuxu”ya bənzər rəqibdir. Təkcə bu fakt kifayətdir: “Atalanta” düz 17 ildir A seriyasında “Yuve”yə qalib gələ bilmir. Bu mövsüm daxili çempionatda məğlubiyyət tanımayan turinlilər yenə Berqamo səfərinə favorit statusu ilə yollanıb. “Atalanta” çoxillik sindromu qıra biləcək, ya yox, bunu yalnız matçın tamamında biləcəyik. “Topaz”da bu görüşə canlı və “təkli” mərc edə bilərsiz. Əmsallar: “Atalanta”nın qələbəsi 4.15, heç-heçə 3.20, “Yuventus”un qələbəsi 1.80.
İtaliyada 18-ci turun mərkəzi oyunu isə “İnter”-“Napoli” matçıdır. “Napoli” lider “Yuventus”dan 8 xal az toplamaqla 2-ci yerdədir. 3-cü sıradakı “İnter” də neapollulardan 8 xal geri qalır. “İnter” mövsümün əvvəlində xoş təsir bağışlasa da, son vaxtlar komandada stabillik çatışmır. “Neradzurra” A seriyasında son 4 oyundan yalnız birini qazanıb. “Napoli” isə əksinə, son 4 turun hamısında qalib gəlib. Bu rəqiblər hər zaman yüksək hücum potensialı ilə seçilsələr də, aralarındakı oyunlar o qədər də məhsuldar keçmir. Belə ki, “İnter”lə “Napoli” arasındakı son 3 oyunda cəmi 1 qol vurulub (!!!). İki qarşılaşma qolsuz bitib. İki təcrübəli mütəxəssis – Luçano Spalletti ilə Karlo Ançelottinin komandalarının duelində kimin üstün olacağına “Topaz”da mərc edə bilərsiz. Əmsallar: “İnter”in qələbəsi 2.60, heç-heçə 3.15, “Napoli”nin qələbəsi 2.50.
İngiltərə premyer liqasının 19-cu turunda “Mançester Siti” “Lester”lə ağır səfər qarşılaşmasına çıxacaq. Lider “Liverpul”un öz meydanında “Nyukasl” qarşısında qələbə qazanma ehtimalının böyük olduğunu nəzrə alsaq, “Siti” də Lester səfərindən 3 xalla dönməyə məcburdur. Pep Qvardiolanın komandası ötən tur öz meydanında “Kristal Pelas”a uduzmaqla (2:3) hamını şoka saldı. Bununla da “Liverpul”un xal fərqini 4-ə yüksəltməsinə imkan verdi. Növbəti büdrəmə mançesterlilərə çempionluq yolunda daha bir zərbə olacaq. “Topaz”ın bu maraqlı qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: “Lester”in qələbəsi 7.35, heç-heçə 4.45, “Mançester Siti”nin qələbəsi 1.25.
Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.