Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” mövsümün ikinci yarısı üçün hazırlıqlara başlayıb.
Nazarov zədə səbəbindən komandası ilə birgə çalışa bilmir. 28 yaşlı futbolçunun fasilədə zədəsini tam sağaldacağı gözlənsə də, bu, baş verməyib.
2-ci Bundesliqa təmsilçisi ilk yoxlama oyununu yanvarın 9-da “Halleşer”ə qarşı keçirəcək.