Türkiyənin “Erzurumspor” klubunda forma geyinən İbrahim Şehiç karyerasını “Trabzonspor”da davam etdirə bilər. Qaradəniz təmsilçisi bosniyalı qapıçı üçün qarşı tərəfə 700 min avro təklif edib.
Klubundakı maliyə problemlərinə görə komandasından ayrılmaq istəyən Şehiç Trabzon təmsilçisinə keçməyə razılıq verib. Əgər klublar da öz aralarında anlaşa bilsə, transfer baş tutatacaq.
İbrahim Şehiç 2013-cü ildən 2018-ci ilin mayına kimi “Qarabağ”da çıxış edib