“Keşlə”nin futbolçusu Sertan Taşkın Türkiyə birinci liqasında mübarizə aparan “Altay” klubuna keçəcəyi barədə çıxan söz-söhbətlərə aydınlıq gətirib.
U-21 millimizin üzvü İdmanxeber.az saytına etdiyi açıqlamada belə bir şeyin olmadığını bildirib:
“Belə bir təklif yoxdur. Mənim “Keşlə” ilə müqaviləm var. Müqavilə müddəti bitənə qədər buradayam”
Qeyd edək ki, Sertan Taşkının “Keşlə” ilə müqaviləsi 2020-ci ilin yayında bitəcək.