“Neftçi”də Mirabdulla Abbasov bəlirsizliyi davam edir
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun komandadan ayrılacağı barədə çıxan söz-söhbətlər səngimək bilmir. Milli komandamızın üzvünün hətta “Səbail”lə razılığa gəldiyi də yazılır.
Məsələyə münasibət bildirməsi üçün oyunçunun özü ilə əlaqə saxlasaq da, futbolçu bu barədə danışmaqdan imtina etdi. O, yayılan bu xəbərlərin saytlarının özündən yazdığını və ümumiyyətlə bu barədə danışmaq istəmədiyini bildirdi.