Çempionlar Liqası və Avropa Liqasının 2019-20 mövsümündə qrup mərhələsində çıxış edəcək komandaların tam siyahısı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 43 komanda birbaşa qruplardan mübarizəyə qatılacaq.
Qruplarda ən çox komanda ilə İngiltərə, İspaniya, İtaliya və Almaniya təmsil olunacaq.
Çempionlar Liqası: “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem” (İngiltərə), “Barselona”, “Atletiko”, “Real”, “Valensiya” (İspaniya), “Yuventus”, “Napoli”, “Atalanta”, “İnter” (İtaliya), “Bavariya”, “Borussiya” Dortmund, “Leypziq”, “Bayer” (Almaniya), PSJ, “Lill”, “Lion” (Fransa), “Zenit”, “Lokomotiv” (Rusiya), “Benfika” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Genk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Zalsburq” (Avstriya).
Avropa Liqası: “Xetafe”, “Sevilya” (İspaniya), “Arsenal”, “Mançester Yunayted” (İngiltərə), “Latsio”, “Milan” (İtaliya), “Borussiya” Mönhenqladbax, “Volfsburq” (Almaniya), “Renn”, “Sent-Etyen” (Fransa), MOİK, “Sportinq” (Portuqaliya), “Aleksandriya” (Ukrayna), “Mexelen” (Belçika), “Beşiktaş” (Türkiyə), “Volfsberger” (Avstriya), “Luqano” (İsveçrə).
Qeyd edək ki, sentyabrın 17-də Çempionlar Liqası, 19-da isə Avropa Liqasının qrup mərhələsində mübarizə başlayacaq.