Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi”, “Səbail” və “Qəbələ”nin bütün potensial rəqibləri bilinib.
İdmanxeber.az-ın məlumatına görə, klublarımızdan “Qəbələ” mübarizəyə ikinci, “Neftçi” ilə “Səbail” isə birinci mərhələdən başlayacaq.
“Neftçi” və “Səbail” “səpələnmişlər” səbətində yer alacaq. Onların “səpələnməmişlər” səbətində yer alan potensial rəqibləri aşağıda adları qeyd olunanlardır:
«Universitatya» (Rumıniya), «Dunayska Streda» (Slovakiya), «Rujomberok» (Slovakiya), «Torsxavn» (Farer adaları), «Çixura» (Gürcüstan), «Titoqrad» (Çernoqoriya), «Mura» (Sloveniya), «Debretsen» (Macarıstan), «Torpedo» (Gürcüstan), «Milsami» (Moldova), «Qonved» (Macarıstan), «Flora» (Estoniya), «Liepaya» (Latviya), «Xaybernians» (Malta), «Reykyavik» (İslandiya), «Baltsan» (Malta), «Lyaçi» (Albaniya), «Şemrok Rovers» (İrlandiya), «Şiroki Brieq» (Bosniya i Herseqovina), «Konnas Kuey» (Uels), «Sent-Patrik» (İrlandiya), «Şkupi» (Şimali Makedoniya), «Akademiya Pandev» (Şimali Makedoniya), «Makedoniya Qerçe Petrov» (Şimali Makedoniya), «Petrokub» (Moldova), «Sperantsa» (Moldova), «Teuta» (Albaniya), KuPS (Finlandiya), RoPS (Finlandiya), «İnter» (Finlandiya), «Breydablik» (İslandiya), «Radnik» (Bosniya və Herseqovina), «Stumbras» (Litva), «Riqa» (Latviya), «Jeness» (Lüksemburq), «Qzira Yunayted» (Malta), «Trans» (Estoniya), «Zeta» (Çernoqoriya)
Həmçinin ilkin mərhələdə, proqnozlara görə, favorit kimi reytinqi yüksək olan aşağıdakı 7 komanda:
«Lya Fiorita» (San-Marino), «Proqres» (Lüksemburq), «Kliftonvill» (Şimali İrlandiya), «Avropa» (Cəbəlli-Tariq), «Runavik» (Farer adaları), «Klaksvik» (Farer adaıarı), «Priştina» (Kosovo).
İkinci mərhələdən mübarizəyə qoşulacaq “Qəbələ”nin rəqibləri isə bu komandalardan biri olacaq:
AEL (Kipr), «Hakken» (İsveç), «Vitorul» (Rumıniya), «Legiya» (Polşa), «Lokomotiv» (Bolqarıstan).
Bundan əlavə 1-ci mərhələdəki 29 cütün reytinqi yüksək olan favoritləri də əyalət klubunun potensial rəqibləri sırasındadı:
«Zrinski» (Bosniya və Herseqovina), «Kayrat» (Qazaxıstan), «Kukesi» (Albaniya), «Radniçki» (Serbiya), «Çukariçki» (Serbiya), «Kilmarnok» (Şotlandiya), «Şaxtyor» (Belarus), «Vitebsk» (Belarus), «Domjale» (Sloveniya), «Kruzeyders» (Şimali İrlandiya), «Ventspils» (Latviya), «Styarnan» (İslandiya), «Norçepinq» (İsveç), «Xoqesund» (Norveç), «Brann» (Norveç), «Vaduts» (Lixtenşteyn), «Fola» (Lüksemburq), «Tobol» (Qazaxıstan), «Ordabaşi» (Qazaxıstan), «Krakoviya» (Polşa), «Olimpiya» (Sloveniya), «Kork Siti» (İrlandiya), «Dinamo» (Gürcüstan), «Makkabi» (Hayfa, İsrail), SSKA (Bolqarıstan), «Levski» (Bolqarıstan), «Trakai» (Litva), «Buduçnost» (Çernoqoriya), «Levadiya» (Estoniya).