Türkiyənin “Fənərbağça” klubu ukraynalı futbolçu Yevgeni Konoplyanka ilə anlaşıb.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu ötən mövsümü “Şalke”də keçirən 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, “Şalke” ilə 1 illik müqaviləsi qalan yarımmüdafiəçi müxtəlif vaxtlarda “Dnepr” və “Sevilya” klublarının da formasını geyinib.