Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Səbail” daha bir futbolçu ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu Maudo Jarjue ilə yeni müqavilə şərtlərində razılaşa bilməyib. Qvineya-bisaulu müdafiəçi “Səbail”in ina təklif etdiyi yeni müqaviləyə “yox” deyib.
Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin yayından “Səbail”də çıxış edirdi.