Holland futbolçu Fernando Riksen sosial şəbəkə vasitəsi ilə azarkeşlərə müraciət edib.
İdmanxeber.az-ın məlumatına görə. Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən 42 yalı veteran futbolçu iyunun 28-də evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək. Buna görə də, veteran futbolçu sosial şəbəkə vasitəsi ilə həmin gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: “28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin, bu gecəni unudulmaz edək”.
Qeyd edək ki, Riksen Hollandiyanın “Fortuna”, “Alkmaar”, Şotlandiyanın “Reyncers” və Rusiyanın “Zenit” klublarında çıxış edib.