Bu gün ölkəmizi Avropa Liqasında təmsil edəcək komandalarımızın ikinci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, birbaşa ikinci təsnifatdan mübarizəyə qoşulacaq “qırmızı-qaralar” “Dinamo” (Gürcüstan) – “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.
Gümüş medalçı “Neftçi” və bürünc medalçı “Səbail” ilk mərhələni keçəcəyi təqdirdə aşağıdakı komandalarla qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
Liqa yolu
“Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan) – “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi
“Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan)/”Sperantsa” (Moldova)
“Honved” (Macarıstan)/“Jalgiris” (Litva) – “Səbail” (Azərbaycan)/”Universitatya Krayova” (Rumıniya)
Qeyd edək ki, II raundun ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.