30 Dekabr 2024
Ölkə futbolu

“Sabah” Təmkin Xəlilzadə ilə bağlı yeni qərar verdi

“Sabah”dan qovulan Təmkin Xəlilzadə yenidən komandaya qaytarılıb.

İdmanxeber.az-ın məlumatına görə, intizam qaydalarına riayət etməyən və bu səbəbdən də “Sabah”dan uzaqlaşdırılan 26 yaşlı futbolçu əməlindən peşman olduğunu, yenidən belə bir halın təkrarlanmayacağını klubun məşqçilər korpusuna bildirib. Məhz buna görə də, klub onu bağışlayıb.

Qeyd edək ki, Təmkin Xəlilzadə 2018-2019 mövsümünün sonuna yaxın daxili intizam qaydalarını pozduğu üçün heyətdən uzaqlaşdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43