“Səbail” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Yevgeni Koçuk komandada qalıb. Moldova millisinin üzvü ilə 1 illik müqavilə imzalanıb. 26 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yanvarından paytaxt klubunda çıxış edir.
Qeyd edək ki, “Səbail” Koçukdan əvvəl Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Aleksandr Rıbka ilə yeni sözləşmə bağlamışdı.