“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gənc qapıçı Oleq Karnauxla 3 illik müqavilə imzalanıb. 21 yaşlı qolkiperin son klubu “Tavriya” (Ukrayna) olub. O, peşəkar karyerasına Ukraynanın digər klubu “İliçevets”də başlayıb.
Karnaux vaxtilə Azərbaycan millisinin U-17 komandasının üzvü olub
Qeyd edək ki, “Sabah” bundan əvvəl Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Amadu Diallo, Hendrik Eksteyn, Abbas Ağazadə və Anar Panayevi transfer edib