Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dundalk”la qarşılaşacaq “Qarabağ” İrlandiya təmsilçisini keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək.
İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar”ın qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib.
Əgər Ağdam klubu irlandları keçə bilməsə, Avroliqanın üçüncü təsnifat mərhələsində səpələnmişlər siyahısında yer alacaq. Bu isə o deməkdir ki, iyulun 22-də keçiriləcək püşkatmada “Qarabağ” nisbətən reytinqi aşağı olan, səpələnməmişlər səbətindəki komandalardan biri ilə düşəcək:
Səpələnmişlər
“Seltik” (Şotlandiya”) – “Nımme Kalyu (Estoniya) cütününü məğlubu
BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün məğlubu
“Dundalk” (İrlandiya) – “Qarabağ” cütünün məğlubu
“Maribor” (Sloveniya) – AİK (İsveç) cütünün məğlubu
“Ferensvaroş” (Macarıstan) – “Valletta (Malta) cütünün məğlubu
Səpələnməmişlər
“Sarayevo” (Bosniya və Herseqovina)
“Partizani” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi
“Slovan” (Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi
“Santo-Koloma” (Andorra) – “Astana” (Qazaxıstan) cütünün qalibi
“Şkendiya” (Makedoniya) – “Düdelanj” (Lüksemburq”) cütünün qalibi