Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiprin APOEL klubu Bakıya azarkeş gətirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Nikosiya klubu paytaxtımıza gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edəcək.
Səfər hər bir azarkeşə viza, səhər yeməyi və transfer xərcləri daxil olmaqla, 570 – 800 avroya başa gələcək. Bura bilet xərcləri aid deyil.
Qeyd edək ki, APOEL “Qarabağ”la ilk oyununu avqustun 6-da Nikosiyada, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.