30 Dekabr 2024
Kateqoriyasız

UEFA “Qarabağ” və “Neftçi”nin yeni potensial rəqiblərini açıqladı

Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqutun 5-də keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrədə keçiriləək püşkatmada ilk olaraq ÇL-in üçüncü təsnifat mərhələsinin APOEL – “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək. Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və rəqibi səpələnmişlər səbətindəki aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:

PAOK (Yunanıstan) – «Ayaks» (Hollandiya)

ÇFR (Rumıniya) – «Seltik» (Şotlandiya)

«Srvena zvezda» (Serbiya) – «Kopenhagen» (Danimarka)

«Dinamo» (Xorvatiya) – «Ferensvaroş» (Macarıstan)

APOEL – “Qarabağ” cütünün məğlubu isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Aşağıdakı cütlüklərdən birinin qalibi APOEL – “Qarabağ” cütünün məğlubu ilə üz-üzə gələcək.

«Sutyeska» (Çernoqoriya) – «Linfild» (Şimali İrlandiya)

«Ludoqorets» (Bolqarıstan) – TNS (Uels)

«Sarayevo» (Bosniya və Herseqovina) – BATE (Belarus)

«Astana» (Qazaxıstan) – «Valletta» (Malta)

«Slovan» (Slovakiya) – «Dandolk» (İrlandiya)

Avropa Liqasında yoluna inamla davam edən “Neftçi” isə İsrailin “Bney Yehuda” komandasını keçəcəyi halda, pley-offda səpələnməmişlər səbətində yer alacaq və “səpələnmişlər”dəki aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:

«Antverpen» (Belçika) – «Viktoriya» (Çexiya)

«Brondbü» (Danimarka) – «Braqa» (Portuqaliya)

«Vaduts» (Lixtenşteyn) – «Ayntraxt» (Almaniya)

«Malmö» (İsveç) – «Jrinski» (Bosniya və Qerseqovina)

«Partizan» (Serbiya) – «Malatyaspor» (Türkiyə)

ÇL püşkatması Bakı vaxtı ilə 14:00-da, Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi isə 15.30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43