Türkiyə millisinin və “Fənərbağça”nın qapıçısı Volkan Dəmirəl karyerasını bitirib.
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı qolkiper artıq “sarı-lacivərdlilər”də məşqçilər korpusuna daxil edilib. Dəmirəl bundan sonra qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
“Fənər”dəki karyerası ərzində 400-dən çox oyuna çıxan Volkan, Türkiyə millisində də 63 oyun keçirib.