“Sumqayıt” Futbol Akademiyasının yetirməsi, 2015-ci ildən əsas komandanın şərəfini qoruyan yarımmüdafiəçi Xəyal Nəcəfov “Neftçi”yə transfer olub.
Bu barədə “Sumqayıt”ın saytı məlumat yayıb.
Klub Xəyal Nəcəfova komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.