DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Lüksemburq matçı canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, noyabrın 11-də saat 21:00-da başlayacaq qarşılaşmanı ölkəmizdə CBC Sport kanalı, Rusiyada isə “Matç Futbol 1” telekanalı canlı yayımlayacaq.
Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya stadionunda keçiriləcək.