23 Dekabr 2024
İdman

Məmmədyarovun 210 min dollarlıq turnirdə sonuncu oyunu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının III mərhələsində bu gün sonuncu görüşünü keçirəcək.

İdmanxeber.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VII turunda Karlsenlə üz-üzə gələcək.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Turnirin mükafat fondu 210 min dollarıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43