23 Dekabr 2024
Kateqoriyasız

AFFA “Sabah”a isti suya görə xəbərdarlıq etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Idmanxeber.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

Premyer Liqanın XXVII turunun “Şamaxı” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XXVII turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

“Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

“Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilir;

“Sumqayıt” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XXVII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43